EN

“Zelenski elə bir iş görüb ki...” - Kiyevdə ona “hücum” etdilər

Vladimir Zelenski bu gün bütün sahələrdə müstəqil siyasət yürütmək iqtidarında deyil.

Publika.az xəbər verir ki, bu sözləri Ukraynanın sabiq prezidenti Leonid Kuçmanın keçmiş müşaviri Oleq Soskin deyib.

Onun sözlərinə görə, “Zelenski əslində qırmızı bayraqlarla əhatə olunub və o, tələsir”.

“Zelenski elə bir iş görüb ki, artıq hara qaçacağı və nə edəcəyi bəlli deyil”, - deyə Soskin bildirib.

Eyni zamanda, Kuçmanın keçmiş müşaviri Zelenskinin hərəkətlərini, o cümlədən ABŞ-a səfərini absurd adlandırıb və dövlətin belə şəraitdə fəaliyyət göstərə bilməyəcəyini vurğulayıb.

Chosen
18
publika.az

1Sources