EN

Almaniya Prezidenti nasistlərin İtaliyada törətdiyi qırğınlara görə rəsmi şəkildə üzr istəyib

Bakı. Trend:

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer 1944-cü ildənasistlərin İtaliyanın Marzabotto qəsəbəsində törətdiyi və 770nəfərin həyatına son qoyan qətliama görə üzr istəyib.

Trend-inməlumatına görə, Ştaynmayer italiyalı həmkarı Sercio Mattarellanınardınca İtaliyaya səfər edərək Bolonya şəhərinə gəlib və Marzabottoqətliamının 80-ci ildönümü ilə bağlı keçirilən tədbirdə iştirakedib. Hər iki prezident Monte Sole ərazisində qətlə yetirilənlərinxatirəsinə ucaldılmış abidənin önünə əklil qoyublar.

Ştaynmayer mərasimdə çıxış edərək, "Səksən il əvvəl Monte Soledəbaş verənləri sözlə ifadə etmək mümkün deyil. Almaniya Prezidentikimi ancaq ağrı və utanc hissi keçirirəm. Ölkəm adından üzristəyirəm", - deyə bildirib.

Marzabotto qəsəbəsində 1944-cü ilin sentyabrın 29-dan oktyabrın5-dək nasist qoşunları qadınlar, uşaqlar və qocalar da daxilolmaqla 770 dinc sakini amansızcasına qətlə yetirib. Bu hadisəİkinci Dünya müharibəsinin son illərində nasistlərin İtaliyadatörətdiyi ən dəhşətli qırğınlardan biri olaraq xatırlanır.

Chosen
26
6
az.trend.az

9Sources