EN

İqtisadçı-alimin 65 illiyi qeyd olunur - Fotolar

İqtisadçı-alimin

Qlobal transformasiyalar bütün sahələrdə olduğu kimi, elmi-tədqiqatların səmərəlilyinin artırılması, qlobal problemlərin dərindən öyrənilməsi, strateji əhəmiyyət kəsb edən fikirlərin formalaşdırılması və dövlətlərin iqtisadi siyasətində əksini tapa biləcək konseptual təkliflərin hazırlanması, strategiyaların işlənilməsi və əsaslandırılması vacib şərtlərdəndir. Bu keyfiyyətlərə malik görkəmli iqtisadçı-alim Şəfa Əliyevin 65 yaşı tamam olur.

Elm sahəsində məhsuldarlığı və səmərəli fəaliyyəti ilə ölkəmizdə və dünyada kifayət qədər tanınan, strateji təfəkkürə malik Şəfa Əliyev hazırda Sumqayıt Dövlət Universitetinin “Biznesin idarə edilməsi” kafedrasının professoru, iqtisad elmləri dokturdur. O, eyni zamanda, ictimai əsaslarla UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəridir (Azərbaycan Dövlət İqtisad Universiteti).

Elmi zəkası və məhsuldarlığı ilə fərqlənən professor Şəfa Əliyev 350-dən çox elmi əsərin, o cümlədən 5 monoqrafiyanın (biri həm müəllifliklə), 7 kitabın (ikisi həmmüəllifliklə), iki dərsliyin və üç dərs vəsaitinin müəllifidir. Azərbaycan Respublikasının Prezidentinin yanında Elmin İnkişaf Fondunun 2011-ci ildə keçirilmiş 2-ci Qrant müsabiqəsinin qalibidir. Digər tərəfdən, professor Şəfa Əliyevin nüfuzli elmi platformalarda profillərinə (linklərinə) dünyanın tədqiqatçı alimləri, mütəxəssislər, doktorantlar, magistrlər və tələbələr tərəfindən daim istinadlar edilir və sitatlar verilir:

(Scholar.google - https://scholar.google.com/citations?user=iLFtk9wAAAAJ&hl=ru

Scopus - https://www.scopus.com/authid/detail.uri?authorId=56127676300 - Scopus ID – 56127676300; WoS (Publons) –
https://publons.com/researcher/3241061/shafa-aliyev/

https://www.webofscience.com/wos/author/record/2045956.; Researchgate –

https://www.researchgate.net/profile/Shafa-Aliyev; ORCID ID - https://orcid.org/0000-0002-4997-7563- http://orcid.org/0000-0002-4997-7563;
РИНЦ -

https://elibrary.ru/author_profile.asp?id=980734)

Qeyd edək ki, Şəfa Tiflis oğlu Əliyev 30 sentyabr 1959-cu ildə Qarabağ bölgəsində - Füzuli rayonunun Mahmudlu-1 kəndində anadan olub. O, 1967-ci ildə Mahmudlu-1 kənd orta məktəbinin 1-ci sinifinə gedib və 1977-ci ildə Bala Bəhmənli kənd orta məktəbini bitirib. Şəfa Əliyev hələ orta məktəbdə oxuduğu illərdə geniş həcmdə ictimai işlərdə, idman tədbirlərində fəallıq göstərib, rayon və respublika mətbuatında məqalə və oçerklərlə çıxış edib, ictimai əsaslarla jurnalistlik fəaliyyəti ilə məşğul olub.



Şəfa Əliyev 1978-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstutunun uçot-iqtisad fakültəsinə daxil olub və 1986-cı ildə həmin institutu bitirib. O, 1978-1980-ci illərdə Rusiyanın Murmansk vilayətində və Moskva şəhərində ordu sıralarında xidmət edib.

Şəfa Əliyev 1981-2006-cı illər ərzində Sumqayıtın kimya və neft-kimya müəssisələrində çalışıb. O, kimya və neft-kimya müəssisələrində operator vəzifəsindən “Sintezkauçuk” zavodunun direktoru, “Azərkimya” Dövlət Şirkətinin iqtisadi məsələlər üzrə vitse-prezidenti vəzifəsinə kimi yüksəlib. O, 1981-1983-cü illərdə bilavasitə istehsalatda növbəli işdə çalışıb, fəxri fərmanlara və pul mükafatlarına layiq görülüb. Şəfa Əliyev 1984-cü ildə “Sintezkauçuk” İstehsalat Birliyinin idarə aparatına irəli çəkilib, birliyin nəzdindəki 41 saylı Orta Texniki Peşə Məktəbinin Komsomol Komitəsinin katibi, “Sintezkauçuk” zavodunun Komsomol Komitəsi Katibinin müavini və raykom hüquqlu Katibi vəzifələrində işləyib.

Şəfa Əliyev 1989-1990-cı illərdə Moskva şəhərində Ümumittifaq Xarici Ticarət Akademiyasında ikinci ixtisas üzrə əlavə təhsil alıb. O, 1989-cu ildən “Sintezkauçuk” İstehsalat Birliyinin maliyyə şöbəsinin rəis müavini, 1990-1995-ci illərdə maliyyə şobəsinin rəisi vəzifəsində işləyib, “Sintezkauçuk” İstehsalat Birliyinin idarəetmə strukturunun yenidən qurulması və bu strukturda bazar iqtisadiyyatlı yönümlü şöbələrin təşkilində fəal iştirak edib.

Şəfa Əliyev 1995-ci ilin sentyabr ayından “Azərikimya” Dövlət Şirkəti aparatında çalışıb, 1997-2000-ci illər ərzində “Azərikimya” Dövlət Şirkətinin Rusiya Federasiyasında nümayəndəliyinin (Moskva şəhəri) başçısı kimi fəaliyyət göstərib. Şəfa Əliyev “Azərikimya” Dövlət Şirkətinin Rusiya Federasiyasında nümayəndəsi işlədiyi illərdə neftkimya müəssisələrinin xammal təchizatının yaxşılaşdırılması, satış bazarlarının, iqtisadi əlaqələrin genişləndirilməsi üçün müxtəlif illərdə Norveç, İsveç, Macarıstan, Rusiya, Ukrayna, Belarus, Qazaxıstan, Baltikyanı ölkələr, Çexiya, Slovakiya, Polşa, Rumıniya, Moldova, Özbəkistan, Türkmənistan, Gürcüstan, ABŞ, Türkiyə, Hollandiya və s. ölkələrə səfərlər edib, işgüzar əlaqələrin təşkilinə nail olub.



Şəfa Əliyev 2001-2003-cü illərdə “Etilen-Polietilen” zavodunda baş iqtisadçısı vəzifəsində işləyib və bu zavodun zərərlə işləməsinin qarşısının alınmasında müstəsna xidmətləri olub, zavodun fəaliyyətinin və idarə edilməsinin təkmilləşdirilməsində çoxsaylı təklifləri ilə çıxış edib, onların yerinə yetirilməsinə nail olub və zavodda istehsal olunan məhsulların maya dəyəri göstəriciləri əhəmiyyətli səviyyədə yaxşılaşdırılıb.

Ş. Əliyev 2003-cü ilin may ayında “Səthi Aktiv Maddələr” zavodunun iqtisadi məsələlər üzrə direktor müavini təyin edilib. 2003-2006-ci illərdə “Azərikimya” DŞ-nin Vitse-prezidenti və “Sintezkauçuk” zavodunun direktoru vəzifələrində işləyib.

Ş. Əliyev 2006-ci ilin iyul ayından 2011-ci ilin aprel ayınadək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsinin Sumqayıt şəhər Məşğulluq Mərkəzinin direktoru, 2011-ci ilin aprel ayından 2013-cü ilin may ayınadək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Bakı şəhər Məşğulluq İdarəsinin direktoru vəzifəsində çalışıb. Ş. Əliyev 2013-cü ilin may ayından dekabr ayınadək Dövlət Əmək Müfəttişliyi Xidməti, 7 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi vəzifəsində işləyib. 2014-2017-ci illərdə Birləşmiş Millətlər Sənayenin İnkişafı Təşkilatının (BMSİT) Resurslardan Səmərəli İstifadə və Təmiz İstehsalat (RSİTİ) Numayiş Proqramının Milli Eksperti vəzifəsində çalışıb.



2009-cu il may ayının 26-dan 2017-ci ilin iyunun 1-nə kimi Sumqayıt Dövlət Universitetinin “Dünya iqtisadiyyatı və marketinq” (indiki adı “Biznesin idarə edilməsi”) kafedrasında dosent vəzifəsində işləyib, hazırda həmin kafedranın professorudur. “Azərbaycan iqtisadiyyatı”, “Azərbaycanın xarici-iqtisadi siyasəti”, “Beynəlxalq iqtisadi əlaqələrin tənzimlənməsi”, “Beynəlxalq nəqliyyat əməliyyaltarı”, “İqtisadi diplomatiya”, “Azərbaycanın xarici-iqtisadi əlaqələri”, “Azərbaycanın xarici-iqtisadi siyasəti”, “Azərbaycanın xarici-iqtisadi əlaqələri”, “Azad İqtisadi Zonalar”, “Xarici iqtisadi siyasət”, “Azərbaycan iqtisadiyyatı”, “Marketinq” (rus dilində), “Azərbaycan iqtisadiyyatı” (Rus dilində), “Dünya iqtisadiyyatı” (Rus diliində), “Gömrük işi” (Rus dilində) fənnlərindən mühazirələr oxuyur.

Ş. Əliyev Sumqayıt Dövlət Universitetində iqtisadi məktəbin yaradılması və elmi dərəcəli kadrların hazırlanmasında təşəbbüskarlığı və səmərəli fəaliyyəi ilə fərqlənir. Hazırda iqtisad elmləri doktoru hazırlığı üzrə 4 nəfərin elmi məsləhətçisi və iqtisad üzrə fəlsəfə doktoru hazırlığı üzrə 5 nəfərin elmi rəhbəridir, artıq iki nəfər doktorantın dissertasiya işinin ilkin müzakirəsi keçirilib.

2007-ci ilin may ayının 30-da Dövlət İqtisad Universitetində “Azərbaycanın Rusiya ilə ticarət-iqtisadi əlaqələrinin problemləri və perspektivləri” mövzusunda dissertasiya işinini müdafiə edib və iqtisad elmləri namizədi alimlik adını alıb (İqtisad elmləri namizədi-15 yanvar 2008-ci il-Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissyası -EN-№048-27-15.01.2008; Dosent-22 aprel 2013-cü il-Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissyası-DS № 04328 – 22.04.2013). Dövlət İqtisad Universitetinin Elmi Şurasinin qərarı ilə 2008-ci ildə “Xüsusi iqtisadi zonaların təşkili problemləri və inkişaf perspektivləri” mövzusunda doktorluq işitəsdiq edilib və 2015-ci il noyabr ayının 15-də Azərbaycan Dövlət İqtisad Universitetində 5307.01 – “İqtisadi nəzəriyyə” ixtisası üzrə “Xüsusi iqtisadi zonaların təşkili və inkişaf perspektivləri” mövzusunda dissertasiya işini müdafiə edib və iqtisad elmləri doktoru alimlik adını alıb (İqtisad elmləri doktoru-25 noyabr 2016-cı il, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissyası - ED-01755-25.11.2016-cı il - Protokol № 10R). 26.05.2023-cü ildə 5308.01. - “Ümumi iqtisadiyyat” ixtisasında professor elmi adına layiq görülüb (PR-№0184-26.05.2023. – Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissyası).



Ş. Əliyev dünyanın 30-dan çox ölkəsində konfrans və seminarlarda, simpoziumlarda, o cümlədən ABŞ, Fransa, İsveç, Norveç, Macarıstan, Baltikyanı dövlətlər, Çexiya, Hollandiya, Türkiyə, Polşa, Bolqarıstan, Slovakiya, Rusiya, Ukrayna, Belarus və s. ölkələrdə keçirilən tədbirlərin iştirakçısı olub, çıxışlar və məruzələr edib. Beynəlxalq Əmək Təşkilatının xətti ilə İsveç, Macarıstan və Balikyanı ölkələrdə keçirilən tədbirlərdə iştirak edib. Rusiya və digər keçmiş SSRİ ölkələrinin 150-dən çox şəhərlərində, subyekt mərkəzlərində işgüzar ezamiyyətlərdə, xarici iqtisadi əlaqələrin qurulması üzrə tədbirlərdə, görüşlərdə olub. Azərbaycanın 50 şəhər və rayonun məşğulluq mərkəzlərində İşçi qrupun rəhbəri olub, yerlərdə işlərin daha səmərəli təşkili ilə baglı seminarlar keçirib və real vəziyyəti əks etdirən hasabatlar hazırlayıb.

Ş. Əliyev Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 17 aprel 2017-ci il tarixli 135 nömrəli Əmri ilə“İqtisadiyyat” elmləri üzrə Ekspert Şurasının üzvü-Elmi katib təsdiq edilib və 2018-ci ilin sonuna kimi bu Şurada fəaliyyət göstərib, 2020-ci il oktyabrından yenidən İqtisad elmləri üzrə Ekspert Şurasının üzvü-Elmi katib təsdiq edilib və 2023-cü ilin iyul ayına kimi fəaliyyətini davam etdirib. Beynəlxalq İqtisadçılar Assosiasiyasının (London-European Economic Association - https://www.eeassoc.org/) və Rusiya iqtisad elmində güclü nüfuza malik olan-Moskvada fəaliyyət göstərən, akademik R.S.Qrinberqin rəhbərlik etdiyi “Yeni İqtisadi Assosiasiya”nın (Новая Экономическая Ассоциация. www.econurus.org)üzvüdür. “Rusiya sahibkarlığı jurnalı”nın ekspertlər şurasının üzvüdür: (https://creativeconomy.ru/journals/rp/editorial-board).



2017-ci ilin fevral ayından Moskvada nəşr olunan və Rusiya Ali Attestasiya Komissiyasının doktorluq dissertasiya işlərinin elmi nəticələrinin nəşr olunduğu “İqtisadi münasibətlər” elmi-praktiki jurnalının redaksiya heyətinə üzv seçilib.www.eo.creativeconomy.ru). (Jurnal 12.02.2019-cu ildən Rusiya AAK-na daxildir. Rusiya Elmi Sitat İndeksi (РИНЦ) - 0,368). 2018-ci ildən Rusiya Ali Attestasiya Komissiyasının doktorluq dissertasiya işlərinin elmi nəticələrinin nəşr olunduğu “Maliyyə iqtisadiyyatı” (Moskva) elmi-analitik jurnalının redaksiya heyətinə üzv seçilib. https://finanec.ru/redakcionnyj-sovet-i-kollegija/. (Jurnal Rusiya AAK-na28.12.2018-ci ildən daxildir - http://arhvak.minobrnauki.gov.ru/web/guest/87. ikiilik Rusiya Elmi Sitat İndeksi (РИНЦ) 2018 - 0,202. (https://elibrary.ru/title_about.asp?id=28699). Saytı: https://finanec.ru/.).JOURNAL OF MONETARY ECONOMICS AND MANAGEMENT-in redaksiya heyətinin üzvüdür (RF-https://www.elibrary.ru/title_about_new.asp?id=79667 ;https://jomeam.ru/editorial-board). JOURNAL OF MONETARY ECONOMICS AND MANAGEMENT-in redaksiya heyətinin üzvüdür (RF-https://www.elibrary.ru/title_about_new.asp?id=79667;https://jomeam.ru/editorial-board).

Ş. Əliyev Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının dövrü nəşrlər siyahısına daxil olan “Geostrategiya” (https://geostrategiya.az/pdf/2023/0375.pdf), “Kooperasiya” (http://www.kooperasiya-journal.az/wp-content/uploads/2023/05/2-69-2023.pdf), Qərbi Kaspi Universitetinin “Elmi xəbərləri” (İctimai və Texniki elmlər seriyası) (https://journal.wcu.edu.az/uploads/files/icitmaitexniki_titul2022-1.pdf) jurnallarının redaksiya heyətinin üzvüdir. O, həm də Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür - http://ajb.az/site/?sec=mdata&mid=61&lang=1.

Ş. Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16 noyabr 2009-cu il tarixli Sərəncamı ilə Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafında səmərəli fəaliyyətinə görə ”Tərəqqi” medalı ilə təltif olunub. Azərbaycan Respublikası Prezidentinin 20 noyabr 2019-cu il tarixli Sərəncamı ilə Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafında xidmətlərinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib. Elm və Təhsil Nazirliyinin 18.11.2022-ci il tarixli K-1349 nömrəli əmri ilə “Azərbaycan Respublikası Qabaqcıl Təhsil İşçisi Döş Nişanı” ilə təltif edilib.

Ş. Əliyev Yeni Azərbaycan Partiyasının üzvüdür, üç övlad atasıdır və yeddi nəvəsi var.

Professor Şəfa Əliyev hazırda elmi-pedaqoji fəaliyətinin ən yetkin və məhsuldar dövrünü yaşayır. O, Sumqayıt şəhərin və ümumilikdə ölkənin ictimai-siyasi həyatında və dövlətimizin iqtisadi siyasətinin gücləndirilməsində, təbliğində səmərəli fəaliyyəti ilə diqqət mərkəzindədir. Televiziya kanallarında və digər kütləvi informasiya vasitələrində dövlətin iqtisadi siyasətinin fəal təbliğatçılarından biridir. İqtisadçı-ekspert statusunda sosial-iqtisadi problemlərə münasibət bildirir və təhlillər aparır. Nüfuzlu elmi platformalarda reytinqinə görə Sumqayıt Dövlət Universitetinin alimləri arasında ilk yerdədir və ölkə iqtisadçıları arasında isə ilk üçlükdədir.

Qeyd edək ki, Ş. Əliyev ömrünün və elmi-pedaqoji fəaliyyətinin məhsuldar bir dövrünü yaşayır. 65 illik yubileyi münasibətilə nüfuzlu iqtisadçı-alim, professor Ş. Əliyevi təbrik edir, ona uzun və mənalı ömür, ölkəmizin sosial-iqtisadi inkişafı üçün elmi töhfələrinin artırılmasında daha böyük uğurlar arzulayırıq.

Chosen
42
reyting.az

1Sources