EN

Zəfər xronikası. 30 sentyabr 2020-ci il: Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva yaralı hərbçilərlə görüşüblər (FOTO/VİDEO)

Bakı. Trend:

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinincəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraqAzərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücuməməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminənotuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilənəticələndi.

2020-ci il sentyabrın 30-da Azərbaycan RespublikasınınPrezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev vəBirinci xanım Mehriban Əliyeva Ermənistanın sentyabrın 27-dənbaşlayan hərbi təxribatı zamanı yaralanan və Müdafiə NazirliyininMərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərləgörüşüblər.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Prezident, AliBaş Komandan İlham Əliyevə raport verdi.

Dövlətimizin başçısı görüşdə çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı

-Allah şəfa versin. Əziz uşaqlar, siz Vətən uğrunda gedəndöyüşlərdə müxtəlif xəsarətlər almısınız, yaralanmısınız. Həkimlərsizə yaxşı baxırlar. Əminəm, həkimlər əllərindən gələni edəcəklərki, siz tezliklə sağalıb normal həyata qayıdasınız.

Mənə verilən məlumata görə, bizim bütün yaralı əsgər vəzabitlərimiz bir arzu ilə yaşayırlar ki, tezliklə sağalıb yenə dədöyüş bölgələrinə getsinlər, Vətən uğrunda haqlı savaşını davametdirsinlər. Bizim işimiz haqq işidir, biz öz torpağımızdavuruşuruq, Vətən uğrunda vuruşuruq. Bizim davamız ədalətli davadırvə əminəm ki, bu münaqişədə biz istədiyimizə nail olacağıq,haqq-ədalət öz yerini tapacaq və Azərbaycan öz ərazi bütövlüyünübərpa edəcək. Uzun illər ərzində məcburi köçkün kimi yaşayansoydaşlarımız da öz doğma dədə-baba torpaqlarına qayıdacaqlar.

Bildiyiniz kimi, şəhid ailələrinə ölkəmizdə xüsusi diqqətgöstərilir, dövlət tərəfindən bütün lazımi işlər görülür. Deyəbilərəm ki, Azərbaycan şəhid ailələrinə göstərilən diqqətə görədünya miqyasında nümunə sayıla bilər. Bilirsiniz ki, mənimgöstərişimlə bütün şəhid ailələri dövlət tərəfindən mənzillərlə,evlərlə təmin edilir. Təkcə bu il 1500 şəhid ailəsi dövləttərəfindən mənzillərlə təmin ediləcəkdir. Yaxın 2-3 il ərzindəbirinci Qarabağ müharibəsində həlak olmuş qəhrəman övladlarımızınailələri tam miqyasda evlərlə, mənzillərlə təmin olunacaqdır. Bizbu gün də şəhidlər veririk, Vətən uğrunda gedən döyüşlərdəşəhidlərimiz olubdur. Allah bütün şəhidlərimizə rəhmət eləsin,Allah onların ailələrinə, yaxınlarına səbir versin. Onların qanıyerdə qalmır və qalmayacaqdır. Düşmənə layiqli cavab verilir.

Eyni zamanda, Qarabağ qazilərinə də dövlət tərəfindən lazımidəstək göstərilir, onların məişət problemləri həll olunur. Siz dəəmin ola bilərsiniz ki, dövlət sizin yanınızda olacaq və sizintezliklə burada sağalıb normal həyata qayıtmağınız üçün həkimlərəllərindən gələni edirlər və edəcəklər.

Mən bir daha demək istəyirəm ki, Azərbaycan öz doğma torpağındavuruşur və siz haqq yolunda yaralanmısınız. Bizim əsgərlərimizxilaskar əsgərlərdir. Erməni əsgərləri işğalçı əsgərlərdir. Fərqbundadır. Biz öz torpağımızda vuruşuruq, erməni əsgəri başqadövlətin torpağında – Azərbaycan torpağında ölür. Mən ermənixalqına üz tutub demək istəyirəm ki, onlar öz rəhbərliyinin çirkinəməllərinin girovuna çevrilməsinlər. Bu gün öz hökumətiniməsuliyyətə cəlb etsinlər. Öz övladlarını Azərbaycan torpaqlarınagöndərməsinlər. Nə işi var erməni əsgərinin Azərbaycan torpağında?Biz öz torpağımızda vuruşuruq. Bizim əsgər və zabitlərimiz öztorpağında həlak olur, öz torpağında yaralanır və biz öztorpaqlarımızı azad edirik. Artıq dördüncü gün davam edəndöyüşlərdə Azərbaycan Ordusu uğurlu əməliyyat keçirərək stratejiyüksəklikləri işğalçılardan azad edib, bir neçə yaşayış məntəqəsiniişğaldan azad edib, uzun fasilədən sonra biz bu torpaqlaraqayıtmışıq. Bu torpaqlarda öz bayrağımızı sancmışıq və artıq butorpaqlardan bizi heç kim çıxara bilməz, biz öz ərazi bütövlüyümüzübərpa etməliyik. Ona görə erməni xalqı bunu anlamalıdır.Anlamalıdır ki, 30 ilə yaxın başqa dövlətin torpağını zəbt etmək,orada bütün binaları, bütün tarixi abidələri dağıtmaq, 1 milyondançox insanı öz doğma torpağından didərgin salmaq, Azərbaycan xalqınaqarşı soyqırımı törətmək cinayətdir. Biz tarixi ədaləti bərpaedirik, tarixi ədaləti! Qarabağ bizim doğma, əzəli, tarixitorpağımızdır. Qarabağ xanlığının tarixinə baxmaq kifayətdir ki,hər kəs görsün, Azərbaycan xalqı əsrlər boyu bu torpaqlardayaşayıb, qurub, yaradıb. Bizim müqəddəs ocağımız Şuşa şəhəriazərbaycanlılar tərəfindən salınıb. Bu gün işğal altında olantorpaqlar bizim tarixi torpaqlarımızdır. Bizim işimiz haqq işidir.Biz öz ərazi bütövlüyümüzü bərpa etmək istəyirik, buna bizimhaqqımız çatır, bunu edirik və edəcəyik.

Erməni xalqı əgər sülh şəraitində yaşamaq istəyirsə, özhakimiyyətini məsuliyyətə cəlb etsin. Çünki erməni xalqınınbədbəxtliyi ondan ibarətdir ki, uzun illər ərzində ona quldurkriminal rejim rəhbərlik edib. O rejim ki, ancaq öz şəxsimaraqlarını güdmək üçün azərbaycanlılara qarşı soyqırımı törədib vəbizim torpaqlarımızı işğal altında saxlayır. Mən əminəm ki, ermənixalqı mənim bu sözlərimi düzgün başa düşəcək, düzgün anlayacaq.Bizim erməni xalqı ilə işimiz yoxdur. Azərbaycan çoxmillətlidövlətdir və burada bir çox millətlər sülh, əmin-amanlıq şəraitindəyaşayır, o cümlədən erməni xalqı. Minlərlə erməni Azərbaycanərazisində yaşayır. Onlara söz deyən yoxdur, onlar bizimvətəndaşlarımızdır. Ona görə bizim davamız haqq davasıdır. Biztarixi nöqteyi-nəzərdən, beynəlxalq hüquq nöqteyi-nəzərdən, ədalətnöqteyi-nəzərdən haqlıyıq. Azərbaycan əsgəri, zabiti öz doğmatorpağı uğrunda vuruşur. Bu gün Füzulidə, Cəbrayılda, işğal edilmişdigər ərazilərdə şiddətli döyüşlər gedir və biz itkilər veririk,bizim qazilərimiz, hərbçilərimiz yaralanır. Amma bu dava haqqdavasıdır. Ona görə mən bir daha demək istəyirəm ki, bizim işimizhaqq işidir, tarixi həqiqət, beynəlxalq hüquq, haqq-ədalət 100 faizbizim tərəfimizdədir.

Sentyabrın 27-də erməni silahlı birləşmələri bizə qarşı növbətihərbi təxribat törədib. Mən onları xəbərdar etmişdim. Onlara BMTkürsüsündən sözlərimi demişdim. Bütün beynəlxalq ictimaiyyətəsözlərimi demişdim ki, Ermənistan yeni müharibəyə hazırlaşır,Ermənistan dayandırılmalıdır. Əfsuslar olsun ki, beynəlxalqictimaiyyət və bu məsələ ilə məşğul olan tərəflər erməni hökumətinəlazımi səviyyədə təsir edə bilməmişlər. Əgər onlar işğalçınıdayandıra bilmirlərsə, Azərbaycan əsgəri onları dayandıracaqdır.Azərbaycan əsgəri onları öz torpaqlarından çıxaracaq vəhaqq-ədaləti bərpa edəcək. Mən demişdim ki, əgər iyul və avqustaylarında bizə qarşı törədilmiş həbi təxribatlar təkrarlanarsa,Ermənistan peşman olacaq və sözümün üstündə dururam. Bu gün döyüşmeydanında əldə olunmuş üstünlük, azad edilmiş yaşayışməntəqələrimiz, strateji yüksəkliklər bir daha onu göstərir ki,Azərbaycan əsgəri, Azərbaycan zabiti öz vətəndaşlıq borcunu şərəfləyerinə yetirir.

Ermənistan işğalçılıq siyasətinə son qoymalıdır. Bunun əvəzinəErmənistanın baş naziri bizə qarşı şərtlər qoyur. Bizə qarşı yeddişərt qoyubdur. Mən bir müddət bundan əvvəl demişdim ki, biz buşərtləri rədd edirik. Bizim bir şərtimiz var, torpaqlarımızdanqeyd-şərtsiz, tam və dərhal çıxıb rədd olmalıdırlar. Bu şərtimqüvvədədir və əgər bu şərtimə Ermənistan hökuməti əməl edərsə,döyüşlər dayanacaq, qan tökülməyəcək, sülh olacaq, bizim bölgəmizəsülh gələcək. Biz sülh istəyirik, biz məsələnin həllini istəyirik,əks təqdirdə 30 ilə yaxın danışıqlara ümid bəsləməzdik. Danışıqlarabizim sadiq qalmağımızın yeganə səbəbi o idi ki, ümid var idi. Bizəümidlər verilirdi, bizə siqnallar göndərilirdi ki, bir qədər səbiredin, məsələ həll olunacaq. Amma mən demişdim ki, Azərbaycan xalqıbu işğalla heç vaxt barışmayacaq. Demişdim ki, əgər məsələdanışıqlar yolu ilə həll olunmazsa, Azərbaycanın tam haqqı var ki,məsələ hərbi yolla öz həllini tapsın. Bu haqqı bizə Azərbaycanxalqı verib, bu haqqı bizə beynəlxalq hüquq normaları verib.Dünyanın ali beynəlxalq qurumu olan BMT-nin nizamnaməsindəgöstərilir ki, hər bir dövlətin özünümüdafiə haqqı var və bizbundan istifadə edirik, özümüzü müdafiə edib, əks-hücuməməliyyatına keçib bu gün düşmənə sarsıdıcı zərbələr endiririk.

Hələ ki gec deyil. Mən bir daha sözümü demək istəyirəm ki,Ermənistan bizim torpaqlarımızdan dərhal çıxmalıdır. Bilirsiniz ki,indi müxtəlif beynəlxalq təşkilatların, müxtəlif ölkələrinrəhbərləri mənə zəng edirlər, məsələ ilə bağlı maraqlanırlar, özfikirlərini söyləyirlər. Mənim sözüm birdir, həm beynəlxalqmüstəvidə, həm ölkə daxilində ki, biz haqq yolundayıq, döyüşlərAzərbaycan torpağında gedir, Azərbaycan öz ərazi bütövlüyünü bərpaedir və bizim buna tam haqqımız çatır. Çünki dünyanın heç birdövləti qondarma "Dağlıq Qarabağ respublikası"nı tanımır. Bu, bizimtarixi torpağımızdır. Beynəlxalq hüquq baxımından da bu, bizimtorpağımızdır.

Mən əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək.Orduda ruh yüksəkliyi var. Siz də bunu yaxşı bilirsiniz. Cəmiyyətdəruh yüksəkliyi var. Mənə artıq bu son 3-4 gündə hər gün çoxluməktublar gəlir, həm ölkə vətəndaşlarından, həm də digər ölkələrinvətəndaşlarından. Xaricdən ən çox məktublar qardaş Türkiyədəngəlir. Türk qardaşlarımız o məktublarda bizimlə bərabər bu haqlıdavada vuruşmaq barədə öz istəklərini ifadə edirlər. Mən onlaratəşəkkür edirəm. Amma bir daha demək istəyirəm ki, buna ehtiyacyoxdur. Azərbaycan Ordusu kifayət qədər güclü ordudur, təchizedilmiş ordudur. Biz bu işi elə həll etməliyik ki, tarixi ədalətbərpa olunsun. Eyni zamanda, qardaş Türkiyəyə, onun Prezidentinə,mənim qardaşım Rəcəb Tayyib Ərdoğana qətiyyətli mövqeyinə,qardaşlıq mövqeyinə görə bu gün sizin yanınızda sizin adınızdan,bütün Azərbaycan xalqı adından dərin təşəkkürümü bildirirəm. Çünkiəziz qardaşımın çox açıq açıqlamaları və sərt bəyanatları bir dahagöstərir ki, Azərbaycan tək deyil. Türkiyə Azərbaycanın yanındadırvə Azərbaycan da hər zaman Türkiyənin yanındadır! Mən artıqdemişəm, bir daha demək istəyirəm ki, bu qanlı döyüşlər bizim üçün,bütün Azərbaycan xalqı üçün həqiqət anıdır. Biz görürük kim kimdir.Biz görürük ki, bəzi hallarda yaxşı sözlər deyən, yaxşı bəyanatlarverən bəzi tərəflər öz sözünün arxasında durmur. Sözdə bir şeydeyilir, əməldə başqa şey edilir. Amma Türkiyə, Pakistan,Əfqanıstan birmənalı şəkildə Azərbaycanı dəstəklədilər. Bilirsiniz,danışıqlarla məşğul olan beynəlxalq format var. Əfsuslar olsun ki,bu format, heç bir nəticə hasil etməyib. Ona görə indiki şəraitdəhansısa tərəflərdən dialoqa çağırış hesab edirəm ki, yersizdir.Bunu beynəlxalq təşkilatlar edir, bunu BMT edir. Biz bunu təbii ki,qəbul edirik. Bunu ATƏT edir, biz bunu qəbul edirik. Çünki ATƏT-inmandatı var. Yoxsa ki, kimsə deyir gəlin belə dialoqu başlayaq, bizdə kömək edək, bunlara ehtiyac yoxdur. İndi həqiqət anıdır. Sənkimin tərəfindəsən? Haqqın, yoxsa, şərin? Dostun, yoxsa, düşmənin?Həqiqət anıdır-mənim üçün, xalqımız üçün, hamımız üçün.

Əlbəttə ki, bu günlərdə bizə dəstək olan ölkələri, təşkilatları,insanları heç vaxt unutmayacağıq. Bilirsiniz ki, Azərbaycan dünyadagüclü mövqelərə malikdir. Son illər ərzində biz beynəlxalqtəşkilatlarda kifayət qədər səmərəli fəaliyyət göstərmişik və haqlıolduğumuzu sübut edə bilmişik. Biz bunu sübut etməli idik ki, bizhaqlıyıq. Artıq demək olar ki, bütün əsas beynəlxalq təşkilatlarbizim mövqeyimizi dəstəkləyir. BMT, İslam Əməkdaşlıq Təşkilatı,Qoşulmama Hərəkatı, Avropa Parlamenti, ATƏT – bütün bu təşkilatlarbizim mövqeyimizi dəstəkləyən bəyanatlar veriblər. Biz buna görəminnətdarıq. Bu, məsələnin hüquqi tərəfidir. Tarixi tərəfinəgəldikdə isə, tarixi həqiqət bizim tərəfimizdədir. Hər kəsinternetə girib oxuya bilər. Qarabağ xanlığının tarixi ilə əlaqədarmateriallar var. Qarabağ xanlığının Rusiya imperiyasına daxiledilməsi ilə əlaqədar məlumatlar var. Kürəkçay sülh müqaviləsihaqqında məlumatlar var. Kürəkçay sülh müqaviləsini bir tərəfdənbağlayan İbrahim Xəlil Xan şuşalı və qarabağlı, - müqavilədə belədə yazılmışdır, - şuşalı və qarabağlı İbrahim Xəlil Xan. Digərtərəfdən çar Rusiyasının generalı imzalamışdır. Kürəkçay sülhmüqaviləsində erməni xalqı haqqında bir kəlimə də yoxdur. Bu, nəyigöstərir? Onu göstərir ki, o vaxt orada erməni əhalisi olmayıb,ondan sonra köçürülüb. Ondan sonra onlar artıq orada yerləşiblər vəsonra bizə qarşı ərazi iddiaları qaldırıblar. Ona görə biz tamamiləhaqlıyıq. Bizim davamız haqq davasıdır. Biz öz prinsipialmövqeyimizdən dönməyəcəyik. Mən bunu bütün beynəlxalq kürsülərdəndəfələrlə demişəm, bu gün də deyirəm ki, biz haqq yolundayıq. Ərazibütövlüyümüzü bərpa etməliyik və edəcəyik.

Mənə gələn məlumatlar onu göstərir ki, bu son üç-dörd gününhadisələri Ermənistan rəhbərliyi üçün dərs olmur. Onlar yenitəxribatlar hazırlayır, bizim yaşayış məntəqələrimizi yenə də atəşətutmaq istəyirlər və bunu davam edirlər. Hər gün mülki əhaliarasında itkilərimiz artır. Dünən səhərə olan məlumata görə bizim10 mülki vətəndaşımız həlak olmuşdur. Bu gün səhər mənə verilənməlumata görə isə həlak olan mülki vətəndaşların sayı 13-ə çatıb.Bu, nə deməkdir? Bu, erməni faşizminin eybəcər sifətini göstərir.Biz mülki əhaliyə qarşı heç vaxt vuruşmamışıq. Əks-hücum əməliyyatıbaşlanan kimi mən bizim bütün komandanlara və Müdafiə Nazirliyinəgöstəriş verdim ki, mülki əhaliyə qarşı heç bir addımatılmamalıdır. Bizim hədəflərimiz erməni silahlı birləşmələrininmövqeləri, texnikası, canlı qüvvəsidir. Amma onlar bizimkəndlərimizi, şəhərlərimizi atəşə tuturlar, 13 dinc insan həlakolub, 40-dan çox mülk şəxs yaralanıb, 168 ev dağıdılıb. Budurerməni faşizminin sifəti. Onlar döyüş meydanında bizim qarşımızdadura bilmirlər, kəndlərimizi, şəhərlərimizi vururlar. Amma oradayaşayan soydaşlarımızın hamısı yerindədir, hamısı "Vətən sağ olsun"deyirlər. Bir santimetr geri addım atmayıblar və əminəm ki,atmayacaqlar. Onlar əmindirlər ki, Azərbaycan Ordusu onları müdafiəedəcək. Onlar səbirsizliklə o anı gözləyirlər ki, işğal edilmiştorpaqlarda Azərbaycan bayrağı qaldırılsın və işğala sonqoyulsun.

Mən sizi həm təbrik etmək istəyirəm. Çünki siz gənc yaşlarınızdaböyük qəhrəmanlıq, şücaət göstərib, Vətən uğrunda şərəflə vuruşuböz adlarınızı Azərbaycan tarixinə yazdırırsınız. Eyni zamanda, sizibelə vəziyyətdə görmək mənim üçün, hamımız üçün çox ağırdır. Ammaəmin ola bilərsiniz ki, sizin sağlamlığınız üçün nə lazımsa, bizonu da edəcəyik. Bizim bütün xəstəxanalarda, hərbi hospitallardahazırda müalicə alan hər bir insan xüsusi qayğıya layiqdir və bütünhəkimlər, nəinki həkimlər, bizim bütün xalqımız sizə dəstəkolmalıdır. Siz əmin ola bilərsiniz ki, dövlət sizin yanınızdaolacaq. Bir arzumuz var ki, siz tezliklə sağalıb, normal həyataqayıdıb öz şərəfli missiyanızı davam etdirəsiniz. Gənclər üçün siznümunə olmalısınız, örnək olmalısınız. Azərbaycan xalqı qəhrəmanxalqdır ki, sizin kimi övladlar yetişdirib.

Mən fürsətdən istifadə edib, sizin və bu gün bütün digər yaralıhərbçilərimizin, eyni zamanda, şəhid olmuş hərbçilərimizinvalideynləri qarşısında baş əyirəm. Onlara öz adımdan, Azərbaycanxalqı adından təşəkkürümü bildirirəm. Qəhrəman övladlaryetişdiriblər. Əminəm ki, onlar və bütün Azərbaycan xalqı sizinləqürur duyur. Biz zəfər çalacağıq, Qarabağ bizimdir, QarabağAzərbaycandır!

Mayor Etibar Camalov: Cənab Ali Baş Komandan,cənab Prezident, çox sağ olun. Həqiqətən də Azərbaycan əsgəridüşmənin qarşısını aldı, düşmənə layiqli cavablar verdi. Bu gün də,hər bir insan yenə ön xəttə qayıtmağa hazırdır. Sizin bu qüdrətlisözlərinizdən biz qürur duyuruq. Hər zaman torpağımız, dövlətimizüçün şam kimi yanmağa hazırıq. Çox sağ olsun həkim kollektivi, bizəçox böyük diqqət göstərir. Çox yaxın bir zamanda bütün döyüşçüyoldaşlarımızla cəbhə bölgəsinə qayıtmağa hazırıq. Çox sağolun.

xxx

Sonda xatirə şəkli çəkdirildi.

Zəfər
Zəfər
Zəfər
Zəfər
Zəfər
Zəfər
Zəfər
Zəfər
Zəfər
Zəfər
Zəfər
Zəfər
Zəfər
Zəfər
Zəfər
Zəfər
Zəfər
Zəfər
Zəfər
Zəfər
Məqalədə:
Chosen
24
6
az.trend.az

7Sources