EN

Cəlilabadın Göytəpə şəhər zibil poliqonunda bir gündə üç dəfə yanğın olub

Cəlilabad rayonu Göytəpə şəhəri ərazisində yerləşən zibil poliqonunda ötən gün bir neçə yanğın hadisəsi baş verib.

Yerli sakinlərin “Far.Az”un Muğan bürosuna verdiyi məlumata görə, bir gün ərzində sözügedən poliqonda 3 dəfə yanğın olub.

Hər üç yanğın Fövqəladə Hallar Nazirliyinin Əlilabad və Masallı rayonlarının müvafiq qüvvələri tərəfindən söndürülüb. Göytəpə şəhər sakinlərinin sözlərinə görə, təxminən 0,5 hektar ərazini əhatə edən poliqonda yanğın hadisələri tez-tez baş verir.

Belə ki, burdakı yanğınları dəmir, mis və digər metal yığan şəxslər törədir. Nəticədə poliqondan qalxan tüstü ətraf yaşayış ərazilərinə dolur və nəfəs almaq çətinləşir.

Chosen
21
1
far.az

2Sources