EN

Azərbaycan planetin ən böyük və sürətlə inkişaf edən inteqrasiya bloku olan BRİKS-in forvardlarından biri olacaq - Leonid Slutski

Şuşa. TurkicWorld:

Azərbaycan planetin ən böyük və sürətlə inkişaf edən inteqrasiya bloku olan BRİKS-in forvardlarından biri olacaq.

TurkicWorld xəbər verir ki, bunu Trend BİA, CBC kanalı və AzTV dövlət televiziyasına müsahibəsində Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri, Rusiya Liberal Demokrat Partiyasının (LDPR) sədri Leonid Slutski deyib.

"BRİKS üçün də Azərbaycan iqtisadiyyatının bu məkana qoşulması güclü, sürətli inkişaf vəd edir. Ona görə də Kazanda keçiriləcək BRİKS sammiti (bu ilin oktyabrında - qeyd) bir çox ölkələr üçün və əminəm ki, sevimli Azərbaycanımız üçün həqiqətən də əlamətdar olacaqdır", - deyə, L.Slutski bildirib.

Rusiyalı parlamentari qeyd edib ki, onun fikrincə, Bakı BRİKS-in işində fəal iştirak etməyə hazırdır.

"Azərbaycan, bugünkü Azərbaycanı anlamağa və qəbul etməyə hazır olan hər kəslə əməkdaşlığa açıq olan dövlətdir. Unikal mədəniyyət, unikal rəhbərlik! Mən bunu xoş söz demək naminə deyil, bir müddət əvvəl Azərbaycana müəyyən dərəcədə pessimist baxan bir çox ölkələrin artıq qəbul etdiyi kimi qəbul etdiyim üçün deyirəm. Bu gün Azərbaycanda milli iqtisadiyyatın inkişaf sürəti heyranedicidir", - deyə, o əlavə edib.

Chosen
8
3
turkic.world

4Sources