EN

Bakıda dava - Bıçaqlananlar var

Bakının Xəzər rayonunda dava zamanı iki nəfər bıçaqlanıb.

 

Hadisə Binə qəsəbəsində qeydə alınıb.

 

Binə Sovxoz ərazisində yaşayan 1997-ci il təvəllüdlü Nicat Hüseynov tanışı 1990-cı il təvəllüdlü Zaur Sultanovla əlbəyaxa dava edib.

 

Dava zamanı hər iki şəxs bir-birinə bıçaq zərbələri vurub.

 

Dava zamanı yaralanan N.Hüseynov və Z.Sultanov xəstəxanaya yerləşdirilib.

 

Həkimlərin verdiyi məlumata görə, Z.Sultanovun vəziyyəti ağırdır.

 

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

 

APA

Tarix: 30 Sentyabr 2024, 01:29   
Chosen
5
18
pravda.az

10Sources