EN

Mişustin sabah İrana gedəcək

Rusiyanın Baş naziri Mixail Mişustin sentyabrın 30-da Tehrana səfər edəcək. O, İran Prezidenti Pezeşkian və ölkənin birinci vitse-prezidenti Məhəmməd Rza Ariflə danışıqlar aparacaq.


News365.az xəbər verir ki, bu barədə Rusiya hökumətinin mətbuat xidməti məlumat yayıb.


Məlumata görə, görüşdə Rusiya-İran əməkdaşlığının bütün spektrinin ticarət-iqtisadi, mədəni və humanitar sahələrdə müzakirəsi planlaşdırılır:


"Nəqliyyat, energetika, sənaye, kənd təsərrüfatı və digər sahələrdə birgə iri layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetiriləcək".

Chosen
0
14
news365.az

10Sources