EN

Pənah Hüseyn istefa verəsi olmadı

Sabiq Baş nazir Pənah Hüseynin rəhbərlik etdiyi Azərbaycan Xalq Partiyasının (AXP) İdarə Heyətinin iclası keçirilib.

Modern.az-ın məlumatına görə, iclasda sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı müzakirələr aparılıb.

İdarə Heyəti P. Hüseyn tərəfindən onun sədrlikdə qalmaqda davam etməsinə qərar qəbul edib.

Eyni zamanda İH 2025-ci il ərzində (lakin bir ildən gec olmayaraq) AXP- nin növbədənkənar qurultayını çağırılması haqqında AXP sədri P. Hüseynin təklifini qəbul edib.

Xatırladaq ki, parlament seçkilərindən sonra Pənah Hüseyn istefasının gündəmə hələ biləcəyini demişdi.

"Cebheinfo.az"

Chosen
9
8
cebheinfo.az

9Sources