EN

İsrail Ordusu Yəməndə husilərin obyektlərinə aviazərbə endirib - YENİLƏNİB

İsrail Ordusu bu gün Yəməndə husilərin obyektlərinə zərbə endirildiyini təsdiqləyib.

APA-nın xəbərinə görə, hücumda İsrail Ordusunun 10 hərbi təyyarəsi iştirak edib, Hudeydə və Ras-İsa limanlarındakı obyektlərə zərbə endirilib.

Hədəf elektrik stansiyası və liman olub. Qeyd edilib ki, husilər bu infrastrukturdan İran silahlarını və neftini regiona göndərmək üçün istifadə edir.

İsrail Ordusu aviazərbənin husilərin bu ay İsrailə 3 ballistik raket atmasına cavab olduğunu açıqlayıb.

***

saat 18.55

İsrail Hərbi Hava Qüvvələri Yəmənin Hudeydə liman şəhərinə zərbə endirib.

APA-nın xəbərinə görə, bu barədə The Times of Israel” məlumat yayıb.

Yəməndə husilərin İsrailə 3 ballistik raket atmasından sonra Hudeydəyə aviazərbə endirilib.

Chosen
27
2
apa.az

10Sources