EN

SEPAH-ın qalmaqallı generalı ÖLDÜRÜLDÜ

İranın xarici işlər naziri Abbas Əraqçi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandir müavini Abbas Nilforuşanın İsrailin Beyruta endirdiyi zərbə nəticəsində öldürüldüyünü təsdiqləyib.

“Cebheinfo.az” xəbər verir ki, Araqçi Nilforousanın öldürülməsini İsrail tərəfindən "dəhşətli cinayət" adlandırıb və bunun "heç vaxt cavabsız qalmayacağını" deyib.

Sentyabrın 28-də İsrail Müdafiə Qüvvələri “Hizbullah”ın baş katibi Həsən Nəsrullahın İsrail Hərbi Hava Qüvvələrinin Beyruta endirdiyi hava zərbəsi nəticəsində öldürüldüyünü açıqlamışdı. 

Hərəkat daha sonra liderinin ölümünü təsdiqləyib.

İranın “Mehr” agentliyi isə şənbə günü Nilforousanın İsrailin bu hücumu zamanı öldürüldüyünü bildirib.

Xatırladaq ki, SEPAH generalı bir sıra qalmaqallı açıqlamalaır ilə gündəm olmuşdu. O, İsrailin hərəkətlərinin cavabsız qalmayacağını israrla bildirirdi.

Chosen
30
22
cebheinfo.az

10Sources