EN

Sentyabrın son günü hava necə olacaq?

Sentyabrın 30-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə AZƏRTAC-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 13-16° isti, gündüz 23-27° isti olacaq. Atmosfer təzyiqi 766 millimetr civə sütunundan 760 millimetr civə sütununa enəcək. Nisbi rütubət gecə 65-75 faiz, gündüz 40-50 faiz olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 8-13° isti, gündüz 23-28° isti, dağlarda gecə 4-8° isti, gündüz 12-16° isti olacaq.

Chosen
18
49
yeniazerbaycan.com

10Sources