EN

Sentyabrın son günü hava necə olacaq? PROQNOZ

Sentyabrın 30-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq.

Bu barədə Korrespondent.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Havanın temperaturu gecə 13-16°, gündüz 23-27° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 40-50% olacaq.

Azərbaycanın rayonlarında da hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 8-13°, gündüz 23-28°, dağlarda gecə 4-8°, gündüz 12-16° isti olacaq.

Chosen
28
49
korrespondent.az

10Sources