EN

“Hizbullah”ın hərbi-ideoloji rəhbərliyində vacib şəxslərdən biri öldürülüb

“Hizbullah”ın hərbi-ideoloji rəhbərliyində vacib şəxslərdən biri öldürülüb.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Livandakı “Hizbullah” mərkəzi şurasının üzvü Nabil Kauk zərərsizləşdirilib.

O, İsrail Hərbi Hava Qüvvələrinin sentyabrın 28-də həyata keçirdiyi hava hücumu nəticəsində məhv edilib.

Şeyx Nabil Kauk “Hizbullah”ın idarə edilməsində mərkəzi fiqurlardan biri olub və hərbi əməliyyatlarla bağlı bir sıra strateji məsələlərə cavabdeh idi.

Chosen
8
8
nocomment.az

10Sources