EN

Bakıda yeniyetmə dördüncü mərtəbədən yıxıldı

Bakının Yasamal rayonunda bədbəxt hadisə nəticəsində 14 yaşlı oğlan ağır xəsarətlər alıb.

Medianews.az APA-ya istinadla xəbər verir ki, hadisə Əsəd Əhmədov küçəsində baş verib.

Belə ki, 2010-cu il təvəllüdlü Fərid Fəxri oğlu Hüseynzadə binanın dördüncü mərtəbəsindən yıxılıb.

O, ağır xəsarətlər alıb. Yaralı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Həkimlərin verdiyi məlumata görə, F. Hüseynzadə komatoz vəziyyətində xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin dəqiq səbəbi araşdırılır.

Chosen
17
24
medianews.az

10Sources