EN

AZAL-dan beynəlxalq reyslərə 29 faiz endirimlə bağlı TƏKLİF

Azərbaycanın milli aviadaşıyıcısı AZAL sentyabrın 29-da qeyd olunan turizm işçilərinin peşə bayramı münasibətilə kampaniya keçirir.

AZAL-dan Bizim.Media-ya bildirilib ki, “Turist olmağın vaxtıdır!” şüarı altında təşkil edilən kampaniya sentyabrın 29-dan 30-na kimi davam edəcək.

Sərnişinlər AZAL-ın bütün müntəzəm beynəlxalq istiqamətləri üzrə 29 faiz endirim əldə etmək üçün aviaşirkətin rəsmi saytında və mobil tətbiqində “TOURIST29” promokodundan yararlana bilərlər. Endirim yalnız ekonom sinif tarifinə tətbiq olunur, vergi və yığımlara şamil edilmir.

Uçuş tarixləri 2024-cü il oktyabrın 1-dən dekabrın 25-dək seçilməlidir.

Aviabiletləri rəsmi www.azal.az  saytından və aviaşirkətin mobil tətbiqindən əldə etmək mümkündür. AZAL-ın mobil tətbiqini linkə keçid edərək yükləmək mümkündür.

AZAL sərnişinlərə geniş istiqamət seçimi təqdim edir. Bu təklifdən yararlanın və aviabiletləri daha sərfəli qiymətlərlə əldə edin!

Bizim.Media

Chosen
14
33
bizim.media

10Sources