EN

Hakan Fidan “Hizbullah”ın öldürülən liderindən danışdı:

“Hizbullah”ın lideri Seyid Həsən Nəsrullah Livan və region üçün önəmli fiqur idi. Onu əvəz etmək çətin olacaq”.

 

Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Nyu-Yorkda “TRT Haber”ə açıqlamasında deyib.

 

“ABŞ və digər Qərb ölkələrinin laqeydliyi zorakılığın davam etməsinə imkan verir”, - nazir bildirib.

 

Qeyd edək ki, İsrailin Beyruta zərbələri nəticəsində həlak olan “Hizbullah” lideri Həsən Nəsrullahı qohumu, Cihad Şurasının rəhbəri və təşkilatın ikinci şəxsi Seyid Haşim Səfiəddinin əvəz edəcəyi gözlənilir.

Chosen
6
12
senzor.az

10Sources