EN

Bakıda yeniyetmə 4-cü mərtəbədən yıxılıb komaya düşdü

Bakının Yasamal rayonunda bədbəxt hadisə olub.

"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, hadisə Əsəd Əhmədov küçəsində baş verib.

Belə ki, 2010-cu il təvəllüdlü Hüseynzadə Fərid Fəxri oğlu binanın 4-cü mərtəbəsindən yıxılıb.

O, ağır xəsarətlər alıb. Yaralı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Həkimlərin verdiyi məlumata görə, F. Hüseynzadə komatoz vəziyyətində xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin dəqiq səbəbi araşdırılır.

"Cebheinfo.az"

Chosen
5
24
cebheinfo.az

10Sources