EN

Afrika və Avropanın ən hündür zirvələrini fəth edən azərbaycanlı qadın — VİDEO

“Zirvələrə çıxmaq mənim üçün aktiv istirahət növüdür”.



İctimaimedia.az xəbər verir ki, bu sözləri azərbaycanlı alpinist Mina Əliyeva Baku TV-yə müsahibəsində deyib.



Mina Əliyeva qalxdığı zirvələrdən bəhs edib. O, bir çox 4 minlik zirvələrimizi fəth etdiyini deyib:



“Azərbaycanın ən hündür zirvəsi Bazardüzünə 2 dəfə dırmanmışam. Afrikanın ən hündür zirvəsi olan Kilimancaro daim məni cəlb edirdi. 5895 metr hündürlüyü olan zirvə mənim üçün əlçatmaz idi. İki həftəlik ekspedisiyanın sonunda zirvəni uğurla tamamladım. Elbrus zirvəsinə 5 gün, 5 saata çıxdım. Maraqlıdır ki, bu zirvəyə çıxanda heç həyəcanlı deyildim, özümə tam əmin idim”.



O, alpinistlər üçün geyimin çox önəmli olduğunu bildirib:



“Düzgün geyiminiz varsa, demək olar ki, zirvəni yarılamısınız. Daha sonra qidalanma çox önəm daşıyır. Ən əsası isə psixoloji hazırlıqdır”.



Mina Əliyeva deyir ki, alpinist olduğu üçün onu qınayanlar var:



“Deyirlər ki, sən anasan, dağa niyə çıxırsan? Əvvəl belə deyiləndə hirslənirdim, pis olurdum. Amma heç nəyə fikir verməyib yoluma davam etdim”.

Chosen
28
1
ictimaimedia.az

2Sources