EN

"McLaren" yeni hiperkarını anons etdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"McLaren"in yeni flaqman hiperkarı W1 adlanacaq.
Oxu.Az xəbər verir ki, britaniyalı avtomobil istehsalçısı bu məlumatı "YouTube"da dərc olunan qısa videoda açıqlayıb. Yeni məhsulun premyerası oktyabrın 6-da Bakı vaxtı ilə saat 16:00-da olacaq.
Videoda avtomobilin özü göstərilməyib: Orada yalnız onun sələfləri görünür - "McLaren" F1 və P1. Sonuncunun istehsalı 2015-ci ildə dayandırılıb.
W1-in özü haqqında ətraflı məlumat yoxdur. Ehtimal ki, o təxminən 1200 at gücünə malik V8 əsaslı hibrid olacaq.
Chosen
13
2
oxu.az

10Sources