EN

Rus şahmatçı Şuşada qalib oldu

Şuşada keçirilən şahmat üzrə Vüqar Həşimov Memorialının qalibi bəlli olub.

Prosport.Az xəbər verir ki, 8 qrossmeysterin mübarizə apardığı turnirdə ilk pillənin sahibi blits yarışlarının yekunundan sonra müəyyənləşib.

14 turun nəticələrinə əsasən rusiyalı Yan Nepomnyaşşi (FIDE) 19 xalla turniri qalib kimi başa vurub. Özbəkistanlı Nadirbəy Əbdüsəttarov 18 xalla 2-ci yerdə qərarlaşıb. 16 xal toplayan Şəhriyar Məmmədyarov isə 3-cü yerlə kifayətlənib.

Qeyd edək ki, Vüqar Həşimov Memorialının ilk 2 günündə rapid, 3-cü günündə isə blits oynanılıb. Xatirə turnirində Azərbaycanın 3 şahmatçısı – Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Aydın Süleymanlı ilə yanaşı, Nadirbəy Əbdüsəttarov (Özbəkistan), Yan Nepomnyaşşi (FIDE), Riçard Rapport (Macarıstan), Vladislav Artemyev (FIDE) və Aravind Çitambaram (Hindistan) iştirak edib.

Chosen
13
9
prosport.az

10Sources