EN

Husilər Netanyahunun dönüşü zamanı Ben Qurion hava limanına hücum etdiklərini bildirirlər

Yəmənin “Ənsar Allah” hərəkatından olan husilər İsrailin baş naziri Binyamin Netanyahu ölkəyə qayıdarkən Ben Qurion hava limanına hücum ediblər.

APA xəbər verir ki, bu açıqlama ilə hərəkatın hərbi nümayəndəsi Yəhya Saria çıxış edib.

"Raket qüvvələri cinayətkar Benyamin Netanyahunun gəlişi zamanı İsrailin Ben Qurion adlı Yaffa hava limanını vurmaq üçün əməliyyat keçirib", - deyə Saria hərakata məxsus “Al Masirah” telekanalında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, zərbə İsrailin Qəzza zolağı və Livandakı hərəkətlərinə cavab olaraq ballistik raketlə endirilib.

İsrail tərəfi isə məsələ ilə bağlı hələ ki, heç bir açıqlama verməyib.

Chosen
20
3
apa.az

10Sources