EN

“Neftçi” yenə qalib gələ bilmədi - VİDEO

Misli Premyer Liqasında 8-ci turun oyunları keçirilir.

Bizim.Media xəbər verir ki, ikinci oyun gününün sonuncu görüşündə “Neftçi” “Sumqayıt”la münasibətlərinə aydınlıq gətirib.

“Neftçi” bu gün qələbə həsrətinə son qoymağa çalışsa da, istəyinə çata bilməyib. Tərəflər meydanı heç-heçə ilə tərk ediblər. Daha öncə “Araz-Naxçıvan” “Səbail”ə 3:2, “Zirə” isə “Kəpəz”ə 3:0 hesabıyla qalib gəlib.

“Şamaxı” – “Turan Tovuz” və “Qarabağ” – “Sabah” oyunları sabah keçiriləcək.

Misli Premyer Liqası

8-ci tur

28 sentyabr

“Neftçi” – “Sumqayıt” 1:1

Qollar: Yuri Matias, 76 – Cordan Rezabala, 70.

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Rəvan Həmzəzadə.

“Neftçi Arena”, 19:30.



Rəşad Rafiqoğlu, Bizim.Media

Chosen
0
24
bizim.media

10Sources