EN

Paytaxtdakı mebel və taxta materialları sexində baş vermiş yanğın məhdudlaşdırılıb - FOTO - VİDEO - YENİLƏNİB 2

Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsində yerləşən mebel və taxta materialları sexindəki yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən tam söndürülüb.

APA xəbər verir ki, bu haqda Fövqəladə Hallar Nazirliyinin hadisə ilə bağlı açıqlamasında bildirilir.

Açıqlamada həmçinin bildirilib ki, yanğından mühafizə bölmələrinin peşəkar fəaliyyəti sayəsində yanğının genişlənərək ətrafdakı tikililərə, o cümlədən yaxınlıqdakı yaşayış evlərinə keçməsinə imkan verilməyib.

***

16:58

Yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsində yerləşən mebel və taxta materialları sexindəki yanğın yayılmasına imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

Bu barədə APA-ya FHN-dən məlumat verilib.

bildirilib ki, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

16:46

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsində yerləşən obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Bu barədə APA-ya FHN-dən məlumat verilib. Bildirilib ki, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə ətrafa yayılmasının qarşısı alınaraq nəzarətə götürülüb.

Yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

15:35

Bakının Binəqədi rayonunda yanğın olub.

APA xəbər verir ki, yanğın Biləcəridə yerləşən mebel sexində qeydə alınıb.

Məlumatla əlaqədar, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin texnika və qüvvələri əraziyə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Paytaxtdakı Paytaxtdakı Paytaxtdakı Paytaxtdakı Paytaxtdakı Paytaxtdakı Paytaxtdakı Paytaxtdakı
Chosen
10
15
apa.az

10Sources