EN

28 SENTYABR - Vətən müharibəsinin 2-ci GÜNÜ... VİDEO

28 sentyabr Vətən müharibəsinin ən çətin günlərindən biri kimi tarixə yazılıb. Ermənistan Silahlı Qüvvələri döyüşlərin ikinci günündə artıq anlamışdı ki, Azərbaycan ordusu ərazilərini tam azad etməmiş dayanmayacaq.

Xüsusi təyinatlı qüvvələr artıq Füzuli istiqamətində iki səddə sızaraq düşmən arxasına keçir. Mövqelər uğrunda şiddətli döyüşlər gedir.

Qaraxanbəyli kəndi gərgin döyüşlərdən sonra azad edilir.

Döyüş başlayan ilk günlərdən Ermənistan tərəfi xeyli Azərbaycan qırıcısının vurulması ilə bağlı görüntülər yayırlar. İllərlə məxfi saxlanılan açıq səma əməliyyatının başlanması ilə hava məkanı tam Azərbaycanın nəzarətinə keçir. "An 2" təyyarələri ilə düşmən aldadılır.

Cəbhənin digər istiqamətlərində də döyüşlər davam edirdi. Sentyabrın 28-də Suqovuşanın azad olunması üçün önəmli olan üç əməliyyat icra edilir. Ərazi boyunca Çaylı, 701 yüksəkliyi, "Vişka" postu istiqamətlərində ağır döyüşlər olur. Ən çətin döyüşlər "beton" və "təkər" postlarında aparılır.

Bu döyüşlərlə Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər düşməndən təmizlənir. Ermənistan Ordusunun xeyli canlı qüvvəsi məhv edilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Chosen
12
xezerxeber.az

1Sources