EN

Şuşada “Vüqar Həşimov Memorialı”nın bağlanış mərasimi keçirildi

Şuşada şahmat üzrə “Vüqar Həşimov Memorialı”nın bağlanış mərasimi keçirilib.

Futbolpress.az xəbər verir ki, Vüqar Həşimov Şahmat Fondu, Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının (AŞF) birgə təşkil etdiyi turnirin bağlanış mərasimi Şuşa otelində baş tutub.

Əvvəlcə Vüqar Həşimovun ömür yoluna və karyerasına həsr olunan video nümayiş etdirilib.

Sonra çıxış üçün ön söz gənclər və idman naziri Fərid Qayıbova verilib. Bağlanış mərasiminə gələn qonaqları salamlayan nazir turnirdə güclü şahmatçıların iştirak etdiyini vurğulayıb.

Ardınca AŞF-nin prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov çıxış edərək Şuşa otelinə gələn hər kəsi görməkdən məmnun olduğunu bildirib. Qurum rəhbəri Vüqar Həşimovun dünyanın tanınmış şahmatçılarından biri olduğunu qeyd etməklə turnirin böyük tarixə malik olduğunu bildirib.

Daha sonra Şuşa Qoruğu İdarəsinin əməkdaşı İsmayıl İsmayılova Vüqar Həşimov Memorialının direktoru Anar Allahverdiyev tərəfindən xüsusi hədiyyə təqdim olunub.

Daha sonra turnirin iştirakçıları və mükafatçılar təltif edilib.

Bağlanış mərasimi Azərbaycan Milli Konservatoriyanın müəllim və tələbə heyətinin ifasıyla davam edib.

Xatirə turnirinin yekun nəticələrinə əsasən Yan Nepomnyaşi (FIDE) 19 xalla qalib olub.

Chosen
2
3
futbolpress.az

4Sources