“Hizbullah” hərəkatının rəhbəri Həsən Nəsrullahın öldürülməsi Təl-Əvivin əleyhdarlarına siqnal oldu.
Sfera.az xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Yoav Qallant məlumat verib.
"Bu hərəkətlər bizə qarşı addım atanlara və indi bunu etməyi düşünənlərə - İsrailə qarşı müharibəyə başlayanlara açıq siqnaldır", - o bildirib.
Qallant qeyd edib ki, Nəsrullahın İsrail Müdafiə Qüvvələri (IDF) tərəfindən məhv edilməsi dövlətin tarixində ən mühüm əks-tədbirlərdən biridir. (Publika.az)