EN

Misli Premyer Liqası: "Zirə" "Kəpəz"i üç cavabsız qolla məğlub edib

Misli

Bakı, 28 sentyabr, AZƏRTAC

Futbol üzrə Misli Premyer Liqasında VIII turun növbəti oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, “Zirə” doğma meydanda “Kəpəz”i sınağa çəkib. Görüş ev sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Ceyhun Nuriyev, Rüstəm Əhmədzadə və Davit Volkov vurublar.

Bu nəticədən sonra “Zirə” 15 xalla 3-cü pilləyə yüksəlib. Xalı olmayan “Kəpəz” isə sonuncu – 10-cu sırada qərarlaşıb.

Günün ikinci oyununda “Neftçi” “Sumqayıt”ı qəbul edəcək. Saat 19:30-da start götürəcək görüşü Cavid Cəlilov idarə edəcək.Hələlik qələbəsi olmayan “ağ-qaralar” 4 xalla 9-cu, “kimyaçılar” isə 6 xalla 7-ci sıradadır.

Qeyd edək ki, ötən gün turun açılış oyununda "Araz-Naxçıvan" "Səbail"i məğlub edib – 3:2.

 

Chosen
20
18
azertag.az

10Sources