EN

“Qarabağ” “Malmö”dən 20 addım öndə

Avropanın top komandalarının reytinq siyahısı açıqlanıb.

News24.az İdman.biz-ə istinadla xəbər verir ki, cədvəldə qitənin 400 klubu yer alıb.

Azərbaycanın 4 komandası ən yaxşılar arasına daxil edilib. 278 xala malik “Qarabağ” 63-cü pillədə qərarlaşıb.

Qurban Qurbanovun yetirmələri Avropa Liqasında “Tottenhem”ə 0:3 hesabı ilə uduzsa da, mövqeyini qoruyub. Komandanın xal hesabı da dəyişməyib.

3 pillə geriləyən “Neftçi” 19 xalla 253-cü sıradadır. 15 xalı olan “Sabah” 270-cidir. Paytaxt təmsilçisi 7 pillə irəliləyib.

Bir xal geri qalan “Zirə” 281-ci pillədə yer alıb. Qəsəbə klubu 2 addım geriləyib.

“Qarabağ”ın Avropa Liqasının Liqa mərhələsindəki ikinci rəqibi “Malmö” 170 xalla 83-cüdür. Ağdam klubu isveçliləri 20 addım qabaqlayır. Ötən turdakı rəqib “Tottenhem” 23-cü sırada qalıb - 701 xal.

Qeyd edək ki, siyahıya 2395 xala malik “Real” başçılıq edir.


Chosen
2
5
news24.az

10Sources