EN

İsrailin hava zərbəsi nəticəsində SEPAH generalı da həlak oldu

İran SEPAH komandirinin əməliyyatlar üzrə müavini, briqada generalı Abbas Nilforuşan İsrailin Livanda endirdiyi zərbə nəticəsində öldürülüb.

Publika.az xəbər verir ki, briqada generalı Abbas Nilforuşan Livan Hizbullah hərəkatının lideri Seyid Həsən Nəsrullahla birlikdə İsrailin Beyruta hücumu zamanı həlak olub.

Bundan əvvəl Hizbullah lideri Seyid Nəsrullahın ölümü ilə bağlı xəbərlər yayılıb. Bununla əlaqədar İraqda 3 günlük matəm elan edilib. İran prezidenti Livan hərəkatının liderinin ölümünə görə ABŞ-ı ittiham edib.

Chosen
36
22
publika.az

10Sources