EN

“Qarabağ” 400 klub arasında 63-cü yerdədir

Qitənin 400 klubunun yer aldığı Avropanın top-komandalarının reytinq siyahısı açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycanın dörd komandası ən yaxşılar arasına daxil edilib.

278 xala malik “Qarabağ” 63-cü pillədə qərarlaşıb.

Qurban Qurbanovun çalışdırıcısı olduğu “Qarabağ” klubu Avropa Liqasında “Tottenhem”ə 0:3 hesabı ilə uduzsa da, mövqeyini qoruyub. Komandanın xal hesabı da dəyişməyib.

“Qarabağ”ın Avropa Liqasının Liqa mərhələsindəki ikinci rəqibi “Malmö” 170 xalla 83-cüdür. Ağdam klubu isveçliləri 20 addım qabaqlayır. Ötən turdakı rəqib “Tottenhem” 23-cü sırada qalıb – 701 xal.

Qeyd edək ki, siyahıya 2 395 xala malik “Real Madrid” başçılıq edir.

Chosen
4
9
busaat.az

10Sources