EN

Türkiyə Həsən Nəsrullahın öldürülməsinə belə REAKSİYA VERDİ

"Hizbullah" hərəkatının rəhbəri Həsən Nəsrullahın aradan götürülməsi Yaxın Şərqdə gərginliyin daha da artmasına səbəb olacaq ki, bu da İsrailin istədiyidir.

QAZÌLER.AZ  Publika.az-a istinaden xəbər verir ki, Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Nəsrullahın məhvi ilə bağlı yayılan məlumatlara belə cavab verib.

“Bu, şübhəsiz ki, geosiyasi gərginliyin artmasına səbəb olacaq. Prinsipcə, İsrail buna çalışır”, - o vurğulayıb.

Sentyabrın 28-də Baş Qərargah rəisi general-leytenant Herzi Halevi Nəsrullahın ləğvindən sonra açıqlama verib.

Herzi Halevi deyib ki, İsraili kimin təhdid etməsindən asılı olmayaraq, onun ordusu bu insanlara necə çatacağını biləcək: şimal sərhədlərində və cənubda, hətta daha ucqar yerlərdə.

Baş Qərargah rəisi ordunun bütün istiqamətlərdə maksimum döyüş hazırlığında olduğunu vurğulayıb.

Chosen
2
2
qaziler.az

3Sources