EN

Bəzi yerlərdə yağış yağıb – FAKTİKİ HAVA

Sentyabrın 28-i saat 10:00-a olan faktiki hava açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, bəzi yerlərdə arabir yağış yağıb. 

Düşən yağıntının miqdarı Lerikdə 4 mm, Astara, Şabranda 3 mm, Daşkəsən, Zaqatalada (Əlibəy) 2 mm, Göygöl, Gədəbəy, Qax (Sarıbaş), Şəki (Kişçay), Şamaxı, Lerikdə 1 mm-dək olub. 

Şərq küləyi arabir Culfada 18 m/s-yə çatıb. 

Daşkəsən, Göygöl, Şəmkir, Qax (Sarıbaş), Şəki (Kişçay), Beyləqan, Qrız, Lerikdə duman müşahidə olunub. 

Havanın temperaturu iqlim normasından 1.4 dərəcə yuxarı, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 26, Naxçıvan MR-da 27, Aran rayonlarında 27, dağlıq rayonlarda 13 dərəcəyədək isti qeydə alınıb. 

Bizim.Media

Chosen
0
34
bizim.media

10Sources