EN

Ziya Bünyadov prospektində məhdudiyyət aradan qaldırılıb - YENİLƏNİB 

Yazını böyüt
Yazını kiçilt

Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun yaxınlığında bitum daşıyan yük avtomobilinin aşması səbəbindən metronun "20 Yanvar" stansiyası istiqamətində avtomobillərin hərəkətinə tətbiq edilən məhdudiyyət aradan qaldırılıb.

Hafta.az xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

*** 09:00

Sabunçu rayonu, Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun yaxınlığında bitum daşıyan yük maşını aşıb. Hadisə nəticəsində avtomobildə olan maye yola dağılıb.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən hafta.az-a verilən məlumata görə, nəqliyyat vasitələrinin təhlükəsizliyini təmin etmək məqsədilə metronun "20 Yanvar" stansiyası istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq edilib.

Chosen
7
23
hafta.az

10Sources