Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində İndoneziyanın xarici işlər naziri Retno Marsudi ilə görüşüb.Bolgə.TV xəbər verir ki, bu barədə nazirliyin X hesabında paylaşım edilib.Nazirlər müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyat, nəqliyyat və turizm sahələrində qarşılıqlı maraq doğuran əməkdaşlıq məsələlərini, habelə beynəlxalq təşkilatlar çərçivəsində əlaqələri müzakirə ediblər.C. Bayramov regionda münaqişədən sonrakı vəziyyət, o cümlədən COP29-a hazırlıq barədə də məlumat verib.Görüşün yekununda xarici işlər nazirləri “Azərbaycan Respublikası Hökuməti və İndoneziya Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Saziş imzalayıblar.