Bakının Xətai rayonunda 7 yaşlı uşaq yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, 2017-ci il təvəllüdlü Ə.B yolu keçərkən avtomobil onu vurub.
Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.