EN

Azərbaycanla İndoneziya diplomatlar üçün viza tələbini ləğv edirlər - YENİLƏNİB

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində İndoneziya Respublikasının xarici işlər naziri Retno Marsudi ilə görüşüb.

Bu barədə "Report"a Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.

Görüşdə Azərbaycan və İndoneziya arasında ikitərəfli, o cümlədən çoxtərəfli əməkdaşlıq məsələləri, habelə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri müzakirə olunub.

Azərbaycan Respublikası ilə İndoneziya Respublikası arasında əlaqələrin müxtəlif, o cümlədən iqtisadiyyat, nəqliyyat, turizm sahələrində inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.

İki ölkə arasında BMT, Qoşulmama Hərəkatı, İƏT və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti qeyd olunub.

COP29-a sədrliyimiz çərçivəsində irəli sürülən təşəbbüslərdən ətraflı bəhs edən nazir Ceyhun Bayramov, iqlim dəyişikliyi ilə mübarizə sahəsində də İndoneziya ilə əməkdaşlıq etməyə hazır olduğumuzu bildirib.

Daha sonra, nazirlər tərəfindən “Azərbaycan Respublikası Hökuməti ilə İndoneziya Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportların sahiblərinin vizadan azad edilməsi haqqında” Saziş imzalanıb.

01:12

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində İndoneziyanın xarici işlər naziri Retno Marsudi ilə görüşüb.

“Report” xəbər verir ki, bu barədə nazirliyin “X” hesabında paylaşım edilib.

Nazirlər müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyat, nəqliyyat və turizm sahələrində qarşılıqlı maraq doğuran əməkdaşlıq məsələlərini, habelə beynəlxalq təşkilatlar çərçivəsində əlaqələri müzakirə ediblər.

C. Bayramov regionda münaqişədən sonrakı vəziyyət, o cümlədən COP29-a hazırlıq barədə də məlumat verib.

Görüşün yekununda xarici işlər nazirləri “Azərbaycan Respublikası Hökuməti və İndoneziya Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Saziş imzalayıblar.



Chosen
10
34
azia.az

10Sources