EN

Azərbaycan Türkiyəyə qaz nəqlini artırdı

Bu ilin yanvar-iyul aylarında Azərbaycandan Türkiyəyə ümumilikdə 6 milyard 684,78 milyon kubmetr təbii qaz ixrac edilib.   Manset.az xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun hesabatında qeyd olunub. Məlumata görə, bu, 2023-cü ilin ilk 7 ayı ilə müqayisədə 10,24 % çoxdur. Bu ilin iyul ayında Azərbaycan Türkiyəyə 1 milyard 004,08 min kubmetr təbii qaz ixrac edib. Bu, 2023-cü ilin iyul ayı ilə müqayisədə 13,65 % çoxdur.

Bununla da iyulda Azərbaycan Türkiyəyə təbii qaz ixrac edən ikinci ölkə olub. Türkiyənin ümumilikdə idxal etdiyi təbii qazın 28,09 %-i Azərbaycanın payına düşüb.

Chosen
11
9
manset.az

10Sources