EN

İsrail Hizbullah komandirlərini öldürdü

İsrail Müdafiə Qüvvələri Hizbullah hərəkatının raket bölməsinin komandiri Məhəmməd Əli İsmayıl və onun müavini Hüseyn Əhməd İsmayılın zərərsizləşdirildiyini açıqlayıb.

Modern.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Livanın cənubunda raket bölməsinin digər komandirləri də öldürülüb.

"Terrorçu Məhəmməd Əli İsmayıl İsrail dövlətinə qarşı çoxsaylı terror aktlarının, o cümlədən İsrail ərazisinə raket hücumu və çərşənbə günü İsrailin mərkəzinə yer-yer raketinin buraxılmasına görə məsuliyyət daşıyırdı", - açıqlamada bildirilir.


Chosen
4
2
news24.az

10Sources