EN

Qazaxıstanlı yeniyetmə "Telegram"da dələduzluq yolu ilə pul əldə edib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Qazaxıstanın paytaxtı Astanada "Telegram" sosial şəbəkəsi vasitəsilə abunəçiləri aldadaraq pul əldə edən yeniyetmə saxlanılıb.
Oxu.Az bu barədə Polisia.kz portalına istinadən xəbər verir.
Polisin açıqlamasına görə, fırıldaqçı əvvəl ən çox abunəçisi olan məşhur "Telegram" kanallarını icarəyə götürüb.
Daha sonra yeniyetmə dələduz püşkatma bəhanəsi ilə "Ən çox pul atan, qalib olacaq" başlığı ilə yazılar dərc edib və elanlar yerləşdirib. O, bu vasitə ilə 500 min tenqe (1 000 ABŞ dolları) ələ keçirib.
Artıq hüquq-mühafizə orqanları cinayəti törətməkdə şübhəli bilinən şəxsi saxlayıb.
Faktla bağlı dələduzluq maddəsi ilə cinayət işi açılıb.
Chosen
8
50
oxu.az

10Sources