EN

14 yaşındakı işçi uşaq ağır yaralandı

Mardinin Midyat rayonunda işlədiyi tikintidə müvazinətini itirərək pilləkən qəfəsinə düşən Fırat Ö. (14) ağır yaralanıb.

News24.az xəbər verir ki, hadisə səhər saatlarında rayonun Ulucami məhəlləsindəki tikintidə baş verib. 

Tikintidə fəhlə işləyən Fırat Ö. müvazinətini itirərək pilləkən qəfəsinə düşüb. Xəbər üzərinə hadisə yerinə sağlamlıq və polis qrupları sövq edilib.

Ağır yaralanan Fırat Ö., həkim qrupunun müdaxiləsindən sonra müalicə üçün Midyat Dövlət Xəstəxanasına aparılıb. Fırat Ö.-nün həyatının təhlükədə olduğu bildirilərkən, hadisə ilə bağlı istintaq başladılıb.

Məryəm İlhamqızı

Chosen
13
news24.az

1Sources