“Real”ın futbolçusu Killian Mbappenin PSJ ilə məhkəmə işi davam edir.
QOL.az Fransa mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı fransalı futbolçu oktyabrın 15-i Fransa Peşəkar Futbol Liqasının (LFP) Birləşmiş Apellyasiya Şurası qarşısında Paris klubu ilə məhkəməyə çıxacaq. Buna səbəb PSJ-nin LFP-nin Hüquqi Komitəsinin qərarını apellyasiyaya verməsi olub.
Qeyd edək ki, Killian Mbappe yayda PSJ-ni tərk edəndən sonra Fransa klubundan 55 milyon avro məbləğində maaş borcunu qaytarmasını tələb edib. Lakin Paris təmsilçisinin rəhbərliyi futbolçu ilə şifahi razılığın olduğunu bildirib və borcu qaytarmağı imtina edib.