EN

Dağıstanda baş verən partlayışda ölənlərin sayı beşə çatıb - Yenilənib

Dağıstanda yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb...

APA xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

“Dağıstanda yanacaqdoldurma məntəqəsində biri uşaq olmaqla 5 nəfər ölüb. Hadisə yerində 119 mütəxəssis və 27 texnika işləyir”, - məlumatda deyilir.

***

Dağıstanın paytaxtı Mahaçqalada yanacaqdoldurma məntəqəsində partlayış baş verib.

APA-nın Rusiya bürosu xəbər verir ki, şəhər meriyası partlayış nəticəsində ölən və yaralıların olduğunu açıqlayıb.

Respublikanın səhiyyə nazirliyi yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində 4 nəfərin həlak olduğu haqqında məlumat yayıb.

Poliqon.info

Chosen
2
7
poliqon.info

9Sources