EN

“Belçika utanmalıdır”

Papa Fransisk, Leuven Katolik Universitetinin yaranmasının 600-cü ildönümünü qeyd etmək üçün Belçikaya 3 günlük səfəri çərçivəsində Kral Sarayındakı proqrama qatılıb.

Belçika kralı Filip və baş nazir Aleksandr de Krunun iştirak etdiyi tədbirdə çıxış edən Roma Papası Belçikanı müharibələrdən sonra qonşuları ilə sülh şəraitində yaşaya bilən ölkə kimi göstərib.

Papa, həmçinin ötən il ölkədə mətbuatın üzə çıxardığı katolik kilsəsində ruhanilərin uşaqlara qarşı cinsi istismara məruz qalması və 1945-1980-ci illər arasında nikahdankənar doğulan uşaqların kilsə tərəfindən övladlığa götürülməsi hallarına da toxunub.

Katoliklər xristianların lideri və Vatikanın başçısı Papa Fransisk, Belçikadakı kilsənin uşaqlara qarşı zorakılıq və zorla övladlığa götürmə ilə bağlı qalmaqallara görə utanmalı və bağışlanması üçün yalvarmalı olduğunu bildirib. Papa həmçinin deyib ki, bunların bir daha baş verməməsi üçün səy göstərilməlidir.

Səfər çərçivəsində Papanın bu hadisələrin qurbanları ilə görüşü gözlənilir.

Chosen
80
vaxt.az

1Sources