Dağıstanda yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.
E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
“Dağıstanda yanacaqdoldurma məntəqəsində biri uşaq olmaqla 5 nəfər ölüb. Hadisə yerində 119 mütəxəssis və 27 texnika işləyir”, - məlumatda deyilir.
***
Dağıstanın paytaxtı Mahaçqalada yanacaqdoldurma məntəqəsində partlayış baş verib.
E-huquq.az xəbər verir ki, şəhər meriyası partlayış nəticəsində ölən və yaralıların olduğunu açıqlayıb.