EN

“Ənsar Allah” hərəkatı (husilər) Təl-Əvivi ballistik raketlə vurdu

Yəmənin “Ənsar Allah” hərəkatı (husilər) İsrailə hücuma görə məsuliyyəti üzərinə götürüb. Hərəkatın sözçüsü Yəhya Saria ballistik raketin Təl-Əvivdəki hərbi obyekti vurduğunu və pilotsuz təyyarənin Aşkelondakı “həyati vacib hədəfə” hücum etdiyini bildirib.

“Hər iki əməliyyatın məqsədlərinə nail olundu. Yəmən silahlı qüvvələri Fələstin və Livan xalqları üçün İsrail düşməninə qarşı daha da böyük hərbi əməliyyatlar keçirəcək”, – “Ənsar Allah”ın nümayəndəsi Telegram kanalında bildirib.

İsrailin mərkəzi şəhərlərinin əksəriyyətində gecə saatlarında hava hücumu sirenləri səslənib. İsrail Müdafiə Qüvvələri (IDF) xəbərdarlığın Yəməndən atılan raketlə əlaqəar olduğunui bildirib. İDF raketin “Arrow” hava hücumundan müdafiə sistemi tərəfindən tutulduğunu iddia edir. “Qırıntılar tutulduqdan və yerə düşdükdən sonra sirena və partlayış səsləri eşidilib”, – ordunun mətbuat xidməti bildirib.
Husilər İsraillə müharibədə Fələstin HƏMAS-ı dəstəkləyir. İsrail ərazisinə hücumlarla yanaşı, onlar Qırmızı dənizdə, Ədən körfəzində və Bab əl-Məndeb boğazında ABŞ, Böyük Britaniya və İsraillə əlaqəli gəmi və gəmilərə qarşı hücumlar həyata keçirirlər. ABŞ və Britaniya hərbçiləri Yəməndəki husilərin mövqelərinə zərbələr endirməklə cavab verir.

//Samir Qurbanov, Editor.az

Chosen
17
2
editor.az

10Sources