EN

Bayden: Bu müharibədə Rusiya yox, Ukrayna qalib gələcək 

“Hazırda biz bu döyüşdə Ukraynanın mövqeyini gücləndirməliyik. Və buna görə də bu gün mən qürurla 2,4 milyard dollarlıq təhlükəsizlik yardımı paketini elan edirəm. İkincisi, biz Ukraynanın uzunmüddətli perspektivdə uğur qazanmasına kömək etməyi səbirsizliklə gözləyirik”.

Ölkə.Az xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşündə deyib.

O qeyd edib ki, biz Ukraynanın Rusiyanın gələcək təcavüzündən müdafiə etmək üçün kifayət qədər imkanlara malik olmasını təmin etməliyik. 

“Açığını deyim, Rusiya  bu müharibədə qalib gəlməyəcək. Ukrayna qalib gələcək və biz sizin yanınızda olmağa davam edəcəyik”, - Bayden qeyd edib.

Mürtəza
Ölkə.Az

Chosen
14
12
olke.az

10Sources