EN

Xaricdəki Azərbaycan evlərində anım tədbirləri keçirilib

Bakı, 27 sentyabr, AZƏRTAC

Dünyanın müxtəlif ölkələrində Azərbaycan evlərinin təşkilatçılığı ilə 27 Sentyabr - Anım Gününə həsr olunmuş çoxsaylı tədbirlər keçirilib, şəhidlərimizin xatirə guşələri yaradılıb, sərgilər açılıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, soydaşlarımız Azərbaycan evlərindəki anım mərasimlərinə gələrək, respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman Vətən övladlarının əziz xatirəsini yad ediblər, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusunun qazandığı parlaq Zəfərin tarixi əhəmiyyətindən, Vətən müharibəsində Azərbaycan oğullarının şücaətindən danışıblar.

Xatırladaq ki, hazırda dünyanın 17 ölkəsində 30 Azərbaycan Evi fəaliyyət göstərir.

Chosen
1
6
azertag.az

8Sources