EN

Bu marşrutların hərəkət istiqaməti DƏYİŞDİRİLDİ

Sabahdan Bakının Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsində (Müasir İnnovasiyalar Liseyinin qarşısından 28 May küçəsi ilə kəsişməyədək) nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Bu barədə Titul.az-a Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata görə, buna səbəb paytaxt yollarında təmir işlərinin aparılmasıdır.

Məhdudiyyətlə əlaqədar 21, 30, 32, 49 və 120 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkəti alternativ olaraq Puşkin küçəsi ilə təşkil ediləcək.

Chosen
1
38
titul.az

10Sources