EN

Rusiyalı atlet antidopinq qaydalarını pozduğuna görə diskvalifikasiya edilib

Rusiyalı atlet, hündürlüyə tullanan Mixail Akimenko antidopinq qaydalarını pozduğuna görə bir il müddətinə diskvalifikasiya edilib.

"Report" xəbər verir ki, bu barədə Ümumrusiya Atletika Federasiyasının mətbuat xidməti məlumat yayıb.

İdmançı harada olması barədə məlumatın verilməsi prosedurunu pozub.

Diskvalifikasiya müddəti 2024-cü il aprelin 25-dən 2025-ci il aprelin 24-nə qədər nəzərdə tutulub. Bununla yanaşı, idmançının 2023-cü ilin oktyabrından bəri əldə etdiyi bütün nəticələr ləğv edilib.

Qeyd edək ki, 2019-cu ildə keçirilən dünya çempionatında gümüş medal qazanan 28 yaşlı idmançı elə həmin il qapalı məkanda Rusiya birinciliyinin qalibi olub.

Chosen
3
1
far.az

2Sources